"Region Liqası"nda mübarizə aparan Cəbrayılın "Xan Çinar" komandası Sumqayıtda futbolçu seçəcək.

Rekord.az xəbər verir ki, seleksiya xarakterli məşq sabah saat 14:00-da Sumqayıt Olimpiya İdman Kompleksinin meydançasında olacaq.

15 yaşdan 35 yaşa kimi hər kəs bu seçimlərə qatıla bilər. Özünü ən yaxşı tərəfdən göstərənlər komandaya cəlb olunacaq.