“Bursaspor”dan Torallı darmadağın
- 00:51
- 24
Türkiyə 1-ci liqasında 5-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Toral Bayramovun komandası “Bursaspor” bu turda “İstanbulspor”u qəbul edib.
Bursa təmsilçisi ev oyunundan 4:0 hesablı qələbə ilə ayrılıb. Toral bu görüşün 70-ci dəqiqəsində, hesab 3:0 olarkən meydana buraxılıb.
“Bursaspor” hazırda 12 xalla 2-ci pillədə qərarlaşıb.