Futbol üzrə Almaniya Bundesliqasında yeni mövsümün 1-ci turunun oyun cədvəli məlum olub.

Rekord.az xəbər verir ki, bu barədə Bundesliqanın mətbuat xidməti məlumat yayıb.

İlk turun oyunlarının vaxtı və saatı hələlik məlum deyil. Bundesliqada yeni mövsümə sentyabrın 18-də start veriləcək.

İlk turun açılış matçında son çempion “Bavariya” “Şalke” ilə qarşılaşacaq. Dortmund “Borussiya”sı Münhenqladbax “Borussiyası” ilə üz-üzə gələcək.

Almaniya Bundesliqası
2020/21 mövsümü, 1-ci tur

Bavariya – Şalke
Borussiya (Dortmund) – Borussiya (Münhenqladbax)
Leyptsiq – Maynts
Volfsburq – Bayer
Ayntraxt – Arminiya
Yunion – Auqsburq
Köln – Hoffenhaym
Verder – Herta
Ştutqart – Frayburq