Bu stadion təmir olunacaq
- 15:48
- 50
Ağdamdakı Quzanlı Olimpiya İdman Kompleksi hazırda yararsız vəziyyətdədir.
Rekord.az xəbər verir ki, təbii örtüklü qazon çox bərbad durumdadır və əksər hissələri "keçəlləşib".
Tribunalardakı oturacaqlar da dağılıb. Əldə etdiyimiz məlumata görə, stadionun təmiri gündəmdədir. Bununla bağlı gənclər və idman nazirliyinin planı var. Lakin işlərə bu il, yoxsa gələn il start veriləcəyi hələlik dəqiqləşməyib.