Bu həftə "Kəpəz"in yeni rəhbərinin adı məlum olacaq.

Rekord.az xəbər verir ki, əslində bu şəxsin kimliyi məlumdu.

Sadəcə, təyinatın açıqlanması yubanır. Bunun da səbəbi millinin oyunlarıdır. Komanda Avstriyadan geri döndükdən sonra AFFA rəhbərliyi bu məsələ ilə bağlı da yekun qərarını verəcək və "Kəpəz"in yeni rəhbərinin adı açıqlanacaq. Gələn həftə isə yeni baş məşqçinin kimliyi bilinəcək.

Qeyd edək ki, klubun idarə strukturunda ciddi dəyişiklik gözlənilmir. Klubdakı əsas fiqurlardan olan Fərman Əlizadə postunda qalacaq.