“Neftçi” qış fasiləsində növbəti transferini reallaşdırıb. 

Rekord.az xəbər verir ki, braziliyalı cinah yarımmüdafiəçisi Gilyerme Pato ilə 2,5 illik müqavilə bağlanıb.

20 yaşlı futbolçu yeni komandasının heyətində 77 nömrəli formanı geyinəcək.

“İnternasional” (2020-2021; 6 oyun, 1 qol) klubunun yetirməsi olan Pato “Ponte Preta” (icarə, 2020; 33 oyun, 4 qol) və “Kuyaba”da (2021, 9 oyun) çıxış edib.

Qeyd edək ki, bundan əvvəl müdafiəçi Azər Salahlı və yarımmüdafiəçi Eddi İsrafilov transfer olunmuşdu.