"Borussiya" (Dortmund) yarımmüdafiəçisi Emre Canla müqavilənin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


32 yaşlı Türkiyə əsilli futbolçu ilə yeni sözləşmə 2027-ci ilin yayına qədər qüvvədədir.


Emre Can 2020-ci ilin yanvar ayından bəri "Borussiya"da çıxış edir. 2025/2026 mövsümündə yarımmüdafiəçi 16 oyun keçirib və üç qol vurub.


Xatırladaq ki, Emre Bundesliqanın 24-cü turunda "Bayern"lə matçda (2:3) sol dizindən ciddi zədə alıb.