Bikalyodan “Qarabağ”la yeni müqavilə
- 13:40
- 26
“Qarabağ” futbolçusu Pedro Bikalyo ilə müqavilə müddətini uzadıb.
Rekord.az xəbər verir ki, Ağdam klubu braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalayıb.
Razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.
2025-ci ildən “Qarabağ”ın formasını geyinən 24 yaşlı futbolçu 51 oyun keçirib və 1 qola imza atıb.