“Bərabərlik qolu komandanın xarakterini göstərdi”
- 03:02
- 28
Niderlandla matçda Yaponiya seçməsinin bərabərlik qolu komandanın xarakterini göstərdi.
Rekord.az xəbər verir ki, bunu Yaponiya millisinin baş məşqçisi Hajime Moriyasu Niderland yığmasına qarşı DÇ-2026-nın oyunundan sonra mətbuat konfransında deyib.
Baş məşqçi 2:2 hesablı bərabərliyi belə şərh edib:
"Çətin oyun oldu. İlk hissədə rəqib üstünlük qazansa da, futbolçularım mübarizədən qopmadı. İkinci hissədə göstərilən reaksiya və bərabərlik qolu komandanın xarakterini göstərdi. Güclü rəqibə qarşı geri dönmək bizim üçün vacib idi və bu nəticə bizə inam verir".