Baxdığınız fotoda II Liqanın "Zəngəzur" - "Ağstafa Gəncləri" matçının 20-ci dəqiqəsi gedir. Hesab 1:1-di və "Ağstafa Gəncləri" hücum təşkil edərək, qol vurur. Lakin yan xətt hakimi bayrağını qaldırıb ofsayd qeydə alır. Təkrardan isə baxırsan ki, burda "ofsayd"ın heç "o"-su yoxdur. Başa düşürəm, II Liqa yarıhəvəskar liqadı, hakimlərin səviyyəsi bir qədər aşağıdı, bəzi səhvlərə göz yummaq olar, amma bu qədər də yox da. "Region Liqası"nda belə, bir yan xətt hakiminin bu cür biabırçı səhv etməyə ixtiyarı yoxdur. II Liqa deyib ucdantutma hamını ora göndərmək olmaz axı. Bunlar bir təlim keçməli, elementar qaydaları bilməlidir. Qırmızı formalı komandanın 3 futbolçusu ofsaydı pozur. Ekrandan sol dibdə olan "qırmızı" ilə hücuma çıxan ağ formalı futbolçu arasında 1 metrə yaxın məsafə var. Hələ bu fotoda top mərkəzdəki futbolçunun ayağından çoxdan çıxıb. Ötürmənin ilk anında məsafə daha böyük idi. Bu cür epizodda necə bayraq qaldıra və bu cür epizodu necə ofsayd kimi qeydə alıb qolu ləğv edə bilərsən??? Aşağı liqalarda hakimliyin səviyyəsini qaldırmalıyıq. İdman prinsipləri bərqərar olandan sonra iİldən ilə klubların səviyyəsi artır, rəqabət artır, hakimliyin də səviyyəsi qalxmalıdır.


Anar XANLAROV