Belçika milli komandasının sabiq futbolçusu Kevin Miralyasın yeni ünvanı məlum olub.

Rekord.az xəbər verir ki, belçikalı hücumçu “Moreyrense” klubuna keçib. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 34 yaşlı futbolçu ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Daha əvvəl İngiltərədə “Everton”, Belikada “Antverpen”, İtaliyada “Fiorentina”da çıxış edən Miralyasın son klubu Türkiyə “Qaziantep”i olub.

Kevin Belçika yığmasında 60 oyunda 10 qol vurub.