“Bəhreyn və Qırğızıstanla yoxlama oyunları komanda üçün faydalı oldu”
- 14:20
- 26
Bəhreyn və Qırğızıstana qarşı keçirilən yoxlama oyunları Azərbaycanın U-21 millisi üçün faydalı olub.
Rekord.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Eyubov sosial şəbəkə hesabında yazıb.
Mütəxəssis Türkiyədəki təlim-məşq toplanışında baş tutan matçlarda yeni ideyaları və oyunçu kombinasiyalarını sınadıqlarını bildirib:
"Yeddi yeni futbolçu şans qazandı və inanıram ki, gələcəkdə komandada rəqabəti daha da artıracaqlar. Sentyabrda bizi üç həlledici oyun gözləyir. Bu təlim-məşq toplanışı bizə çox məlumat verdi. İndi əsas məqsəd bu məlumatları düzgün təhlil edib növbəti oyunlara daha yaxşı hazırlaşmaqdır. Mən hər zaman pozitiv qalıram və həm futbolçularıma, həm də məşqçilər heyətimə inanıram".
Xatırladaq ki, Bəhreyni üç cavabsız qolla üstələyən U-21 Qırğızıstana 1:3 hesabı ilə uduzub.