Almaniyanın “Bayer” klubunun futbolçusu Florian Virts Bundesliqa rekorduna imza atıb.

Rekord.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 29-cu turda “Verder”lə oyunda (5:0) het-trik edərək bunu gerçəkləşdirib.

Fasilədən sonra meydana daxil olan Almaniya millisinin üzvü 68, 83 və 90-cı dəqiqələrdə fərqlənib. Bununla Virts komandasının çempionluğu təmin etdiyi görüşdə het-trik müəllifi olan ilk futbolçu kimi Bundesliqa tarixinə düşüb.

Hesabında 79 xal olan “Bayer” sona 5 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib.