"Bayer" Niderland millisinin qapıçısını transfer etdiyini açıqlayıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Leverkuzen kollektivi İngiltərənin "Brentford" komandasından Mark Flekkenlə anlaşıb. 31 yaşlı qolkiper yeni klubu ilə 3 illik sözləşmə imzalayıb.


Flekken ötən mövsüm 39 matçda iştirak edib və 59 qol buraxıb. O, 2023-cü ildən İngiltərə klubunda çıxış edirdi.