İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasında antirekorda imza atıb.

Rekord.az xəbər verir ki, ötən gecə İtaliya “İnter”inə səfərdə 0:1 hesabıyla uduzan Kataloniya təmsilçisi qitənin ən nüfuzlu klub turnirində ardıcıl üçüncü səfər oyunundan məğlub ayrılıb.

Bu isə “Barselona”nın ÇL tarixində ən pis göstəricisidir. Sözügedən komanda daha öncə Almaniyanın “Bayern” klubu ilə iki səfər oyununda da 0:2 və 0:3 hesablarıyla məğlub olmuşdu.

Bu mövsüm keçirdiyi 3 oyunda cəmi 3 xal qazanmış “Barselona” C qrupunda 3-cü pillədə qərarlaşıb.