"Barselona" "Leyptsiq"in yarımmüdafiəçisi Dani Olmonun transferi ilə bağlı danışıqları dayandırıb.

Rekord.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Bildirilib ki, Kataloniya klubunun nümayəndələri 23 yaşlı oyunçunu agenti ilə bu həftə baş tutmalı olan görüşü təxirə salıblar.

“Barselona”nın prioritetinin “Mançester Siti”nin yarımmüdafiəçisi Ferran Torres olduğu qeyd edilir.

Olmo bu mövsüm "Leyptsiq"də 6 oyuna çıxıb, 1 qolun ötürməsini verib. 21 yaşlı Torres " Mançester Siti"nin heyətində 7 oyunda 3 qol və 1 qol ötürməsi ilə yadda qalıb.