
Bakıdakı dünya çempionatının bağlanış mərasimi keçiriləcək
- 01 İyn 2025 11:30
- 132
Bu gün, saat 19:15-də minifutbol üzrə dünya çempionatının təntənəli bağlanış mərasimi keçiriləcək.
Rekord.az xəbər verir ki, tədbir Milli Gimnastika Arenasında baş tutacaq.
Finaldan öncə nəzərdə tutulan konsert proqramında Xalq artisti Faiq Ağayev və gənc müğənni Mərdan Kazımov çıxış edəcəklər.
Saat 20:00-da isə mundialın final qarşılaşmasında Azərbaycan və Macarıstan milliləri üz-üzə gələcəklər.