Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin cütləri müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu, Milli Gimnastika Arenasında baş tutan 1/4 final mərhələsinin qarşılaşmalarından sonra bəlli olub.


Macarıstan Mavritaniyanı, Monteneqro Çexiyanı 1:0 hesabı ilə məğlub edib. Azərbaycan Serbiyadan (2:1), Serbiya isə Bosniya və Herseqovinadan (5:0) üstün olub.


Yarımfinal mərhələsinin oyunları sabah baş tutacaq:


Azərbaycan - Monteneqro

Macarıstan - Serbiya