Babək Quliyevə UEFA-dan növbəti təyinat
- 14:30
- 33
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 31-də keçiriləcək Rumıniya – San Marino görüşünün hakim-inspektoru olacaq.
A qrupunun qarşılaşması Tırqovişte şəhərində yerləşən “Eugen Popesku” stadionunda baş tutacaq.