Azərbaycanlı futzal hakimi Hikmət Qafarlı Ermənistan millisinin oyununa təyinat alıb.


Bu barədə Rekord.az-a Futzal federasiyasından bildirlib.


Avropa çempionatının final mərhələsində bu gün baş tutacaq Ermənistan – Ukrayna matçında timekeeper kimi hakimlər briqadasına kömək edəcək.


Qeyd edək ki, bu, həm də FIFA referisinin Avropa çempionatının final mərhələsinə ilk təyinatıdır.