Azərbaycanın iki cüdoçusu Avropa çempionu oldu
- 22:30
- 23
Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.
Rekord.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici mərhələdə Fransa təmsilçisi Lüsien Tiksyeyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycanın daha bir cüdoçusu Məhəmməd Musayev də Avropa çempionu olub. 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici mərhələdə Serbiya təmsilçisi Marko Yorgiçə ipponla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur.