Bu gün Azərbaycanın daha dörd cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Rekord.az xəbər verir ki, Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), 4 qat Avropa çempionu Hidayət Heydərov (73 kq) və Acelya Toprak (57 kq) tatamiyə çıxacaqlar.

İlk gündə çıxış edən üç cüdoçu medal qazana bilməyib. Mundial mayın 24-də başa çatacaq.