Azərbaycanı Balkan çempionatında 7 atlet təmsil edəcək
- 18:20
- 32
Azərbaycanı Yunanıstanın Volos şəhərində keçiriləcək Balkan çempionatında 7 atlet təmsil edəcək.
Rekord.az xəbər verir ki, yarışda Anna Skidan (çəkicatma), Rüstəm Məmmədov, Yekaterina Sarıyeva (hər ikisi üçtəkanla tullanma),
İlahə Quliyeva (200 və 400 metr məsafəyə qaçış) Kəsgin Abbaszadə (uzunluğa tullanma), İsmail Əliyev (nüvəitələmə) və Həmid Nəbiyev (100 metr məsafəyə qaçış) mübarizə aparacaqlar.
Qeyd edək ki, Balkan çempionatı iyunun 20–21-də təşkil olunacaq.