"İlk zəng zamanı bunun zarafat olduğunu zənn etdim”.

Rekord.az xəbər verir ki, bunu Azərbaycan millisinin italiyalı məşqçisi Federiko Turritsiani deyib.

Yığmamızda baş məşqçi Canni De Byazinin oyunların analizi üzrə köməkçisi olacaq mütəxəssis İtaliya mətbuatına açıqlama verib.

Mütəxəssis vətənində “Ellera”, “Pyerantonio”, “Subasio”, “Sentese” və “Vastese” klublarında çalışıb. Karyerası boyu bir sıra aşağı klublarında çalışmış məşqçi yığmamıza gəlişi barədə danışıb: “Təklifi dərhal böyük məmnuniyyətlə qəbul etdim. İşə başlamağımızı səbirsizliklə gözləyirəm”.

Bir müddət Kanadada da çalışmış mütəxəssis ölkə xaricində işləmək təcrübəsinə də malikdir: “Daim müəyyən seçimlər etməli olmuşam. Bu da məni ölkə xaricində çox işləməyə vadar edib. Canni De Byazinin çağırışı bütün bunların bəhrəsidir”.