Azərbaycan yığması Danimarkaya uduzdu
- 21:30
- 27
Futzal üzrə Azərbaycan millisi yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında Danimarka seçməsi ilə üz-üzə gələn yığma 1:4 hesabı ilə uduzub.
Azərbaycan yığmasının qolunu Nihat İsmayılov vurub.
Yığmalar yanvarın 24-də eyni arenada yenidən üz-üzə gələcəklər.