Azərbaycanın "kyokuşin (kay) senşi karate" üslubu üzrə yığması Polşanın Belostok şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.


Bu barədə Rekord.az-a Azərbaycan Karate Federasiyasından (AKF) bildirilib.


Yığmamız AKF-nin baş katibi Qabil Sayadovun və baş məşqçisi Fərhad Məmmədovun rəhbərliyi altında ölkəmizi nüfuzlu beynəlxalq yarışda təmsil edəcək.