
Azərbaycan millisinin DÇ-nin finalındakı rəqibi müəyyənləşdi
- 30 May 2025 23:25
- 122
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında növbəti finalçı müəyyənləşib.
Rekord.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın ikinci yarımfinal qarşılaşmasında Macarıstan və Serbiya seçmələri üz-üzə gəliblər.
Matçın əsas vaxtında hesab açılmayıb.
Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) Macarıstan kollektivi həlledici mərhələdə Azərbaycanla qarşılaşmaq hüququ qazanıb.
Yarımfinalda yığmamıza məğlub olan Monteneqro isə üçüncü yer uğrunda görüşdə Serbiya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Mükafatlar uğrunda oyunlar iyunun 1-də baş tutacaq.