Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması iki yoldaşlıq matçında qələbə qazanıb.


Rekord.az xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi komanda Gürcüstanın U-18 (86:64) və U-20 (75:69) yığmalarını məğlub edib.


Qeyd edək ki, toplanışın əsas məqsədi iyulun 10-19-da Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatının B divizionunun oyunlarına hazırlaşmaqdır.