Azərbaycanın qadın futbolçulardan ibarət yığması dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.


Rekord.az xəbər veri rki, C liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda səfərdə Şimali Makedoniya yığması ilə üz-üzə gəlib.


Bitola şəhərindəki "Petar Miloşevski" stadionundakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 3:1. Komandanın qollarını Kristina Bakarandze (8), Manə Mollayeva (28), Nigar Mirzəliyeva (37) vurub.


Macarıstan 16 xalla qrup birincisi olubsa, Azərbaycan 12 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü yeri tutub.