19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində bu gün ilk oyununa çıxıb.


Rekord.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan millimiz Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşıb.


“Raudondvario” stadionunda keçirilən matç Azərbaycan yığmasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. 


Millimiz növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.