"Ordu" İdman Klubunun kikboksinq və muay tay döyüşçüsü Akif Quluzadə ("King") növbəti görüşünə çıxacaq.

Rekord.az xəbər verir ki, idmançı Banqkokda baş tutacaq "ONE FC" turnirində yüngül çəkirdə Tailanddan olan Ferrari Fairtexlə üz-üzə gələcək.

Görüş sentyabrın 4-də baş tutacaq.

Xatırladaq ki, Akif Quluzadə "ONE FC"də keçirdiyi 6 döyüşün 5-də qalib gəlib, 1-də məğlub olub.