Qadın voleybolçular arasında Avropa çempionatında pley-off mərhələsi start götürüb. "Rekord.az" verir ki, 1/8 final qarşılaşmaları Çexiya və Türkiyədə keçirilir.

Brno şəhərindəki oyunlarda Serbiya Xorvatiyanı 3:1, Yunanıstan Fransanı, İtaliya Bolqarıstanı, İsveç isə ev sahibi Çexiyanı 3:0 hesabı ilə məğlub ediblər. 

İstanbulda təşkil olunan bu mərhələdə isə Polşa Portuqaliyanı 3:0, Niderland isə Slovakiyanı 3:2 hesabı ilə üstələyiblər. İstanbuldakı digər 1/8 final oyunları sabah baş tutacaq.

Sentyabrın 1-də ilk olaraq Belçika-Almaniya görüşü keçiriləcək. Günün növbəti qarşılaşmasında isə Azərbaycan millisi meydana çıxacaq. Rəqibimiz isə meydan sahibi Türkiyə olacaq.