Azərbaycan Ekvadorun Quayakil şəhərində keçiriləcək yeniyetmələr arasında dünya çempionatında 9 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunacaq.


Rekord.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, avqustun 20-dən 23-dək təşkil olunacaq yarışda 10 oğlan və 4 qız idmançı mübarizə aparacaq.


Kollektivə yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.


Qızlar


40 kq


Sunay Salamova


Zəhra Quliyeva


44 kq


Pərvin Sevxanlı


48 kq


Könül Eyvazlı


Oğlanlar


50 kq


Fərid Rzazadə


55 kq


Fərid Xudiyev


İbrahim Talıbov


66 kq


İlkin Qarayev


73 kq


Yusuf Nəzər


Sadiq Məmmədov


81 kq


Ayxan Həsənli


Yaqub Məmmədov


90 kq


Ömər Axundov


Nurəddin Əliyev


Qeyd edək ki, dünya çempionatında 61 ölkədən 459 cüdoçu (242 oğlan, 217 qız) iştirak edəcək.