Ayxan Abbasovun yerinə ilk namizəd odur
- 17:00
- 64
Məlum olduğu kimi, mövsümün sonunda Ayxan Abbasov "Şamaxı"nın baş məşqçisi postundan ayrılacaq.
Rekord.az xəbər verir ki, o, əsas diqqətini milli komandadakı işinə yönəldəcək.
Abbasovun gedişindən sonra onu kimin əvəzləyəcəyi də maraq doğurur. Əldə etdiyimiz məlumata görə, bu posa əsas namizəd Aftandil Hacıyevdi. Hazırda "Qarabağ" Futbol Akademiyasına rəhbərlik edən şəxs yenidən böyük futbola qayıtmağın əlehinə deyil.
Qeyd edək ki, "Şamaxı" ilk dəfə Premyer Liqada çıxış edəndə ilkin olaraq məhz Hacıyevlə razılıq əldə olunmuşdu. Lakin son anda klub rəhbərliyi qərarını dəyişəcər Cavid Hüseynovla razılaşmışdı.