Bu gün Avropa Liqasının qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, turnirin finalında İtaliyanın “Roma” və İspaniyanın “Sevilya” komandaları üz-üzə gəliblər.

Tərəflər münasibətlərinə Macarıstanın paytaxtı Budapeşt şəhərindəki “Puşkaş Arena”da aydınlıq gətiriblər.

Həlledici oyunu İngilətərədən olan Entoni Teylor idarə edib.

“Roma” tarixində ikinci dəfə Avroliqanın finalında oynayırdı. Sözügedən komanda 1991-ci ildə bu turnirin finalında İtaliyanın digər təmsilçisi “İnter”lə mübarizədən məğlub ayrılmışdı.

“Sevilya” isə indiyə qədər qatıldığı final görüşlərinin hamısında (2006, 2007, 2014, 2015, 2016, 2020) qalib gələn tərəf olmuşdu. 

Bu qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Əlavə vaxtda da hesab dəyişməz qalıb. Bu üzdən də penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Sevilya" yenə bu turnirdə ən güclü olmağı bacarıb.

Avropa Liqası
Final

31 may

Sevilya – Roma 1:1 (penaltilər 4:1)
Qollar: Canluka Mançini, 55-öz qapısına – Paulo Dibala, 35.
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt. “Puşkaş Arena”.

Sevilya: Yassin Bunu, Aleks Telles, Nemanya Qudel, Loik Bade, Xesus Navas (k), İvan Rakitiç, Fernando, Brayan Xil, Oliver Torres, Lukas Okampos, Yussef En-Nesiri.
Roma: Rui Patrisio, Kris Smollinq, Canluka Mançini, Rocer İbanyes, Leonardo Spinatsola, Nemanya Matiç, Brayan Kristante, Zeki Çelik, Paulo Dibala, Lorenstso Pelleqrini (k), Temmi Abraham.