AVF məşqçilər üçün beynəlxalq seminar təşkil edir
- 19:23
- 36
Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar keçiriləcək. "Rekord.az" xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level 1 seminarı 1-5 iyul tarixlərində Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən təşkil olunacaq.
Seminara FIVB-nin məşqçi-instruktoru, serbiyalı mütəxəssis Dejan Vulicevic rəhbərlik edəcək.
FIVB-nin müəyyən etdiyi şərtlərə əsasən, seminarda yaşı 18-dən yuxarı olan və milli federasiyalar tərəfindən tövsiyə edilən mütəxəssislər iştirak edə bilərlər. Namizədlər ingilis dilini bilməli, həmçinin sağlamlıq vəziyyəti, fiziki hazırlıq səviyyəsi və məşqçilik bacarıqları kimi tələblərə cavab verməlidirlər.