“Atletiko" daha bir futbolçusu ilə müqaviləni uzadıb.


Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın kapitanı Kokenin sözləşməsi yenilənib.


33 yaşlı yarımmüdafiəçi 2026-cı ilin iyununa qədər olan müqaviləyə qol çəkib.


"Atletiko"nun yetirməsi olan və indiyədək başqa heç bir klubda oynamayan Koke 2009-cu il sentyabrın 19-da Madrid klubunda debüt edib. O vaxtdan bəri Koke paytaxt klubunda 681 oyun keçirib ki, bu göstəriciyə görə klubun rekordçusudur. 


İspaniya millisinin sabiq üzvü “Atletiko”da iki dəfə La Liqa çempionluğu, Avropa Liqası və UEFA Superkubokunu qazanıb, bir dəfə İspaniya kuboku və Superkubokunu qazanıb, iki dəfə Çempionlar Liqasının finalında çıxış edib.