Xəbər verdiyimiz kimi, İspaniyanın “Atletiko” klubunda iki nəfərdə koronavirusa yoluxma aşkarlanıb.

Rekord.az xəbər verir ki, Madrid təmsilçisinin rəsmi saytı daha öncə bu məlumatı açıqlasa da, onların kimliyini gizli saxlamışdı.

Xəbərdə UEFA Çempionlar Liqasının Portuqaliyadakı final mərhələsinə yollanmazdan öncə verilən testlərdən ikisinin müsbət nəticələndiyi diqqətə çatdırılmışdı. Artıq onların kimliyi də bəllidi. “Atletiko”nun mətbuat xidmətinin ən son yaydığı məlumata görə, koronavirusa yoluxanlar futbolçular – hücumçu Anxel Korrea ilə müdafiəçi Şime Vrsalkodu. Onlarda virusun simptomlarına rast gəlinmədiyi bildirilir.

Qeyd edək ki, “Atletiko” avqustun 13-də 1/4 finalda Almaniya təmsilçisi “Leypsiq”lə üz-üzə gələcək.