Astanovdan qran-pridə gümüş medal
- 16:00
- 31
Azərbaycan paraatleti Elvin Astanov Tunisdə təşkil olunan qran-pridə gümüş medal qazanıb.
Bu barədə Rekord.az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Nüvə itələmə yarışında F53 kateqoriyasında mübarizə aparan paralimpiyaçı 6.81 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Xatırladaq ki, bundan əvvəl komandanın digər üzvləri Ömər Bozbaxov (F57), Oloxan Musayev (F55) və Rüfət Rəfiyev (F36) öz kateqoriyalarında gümüş medal qazanıblar. Samir Nəbiyev (F57) isə bürünc mükafata yiyələnib.