"Arsenal" 20 futbolçu ilə yollarını ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti açıqlama yayıb.


Onların arasında Jorjinyo, Rahim Sterlinq, Kiran Tirni və Neto kimi oyunçuların adları var. "Arsenal" Tomas Parti ilə danışıqları davam etdirir. Qanalı futbolçu ilə razılaşma əldə olunarsa, onunla yeni müqavilə bağlanacaq.


“Arsenal” Premyer Liqanı 2-ci pillədə başa vurub və Çempionlar Liqasında iştirak hüququ qazanıb.