Bir neçə gün əvvəl "Araz-Naxçıvan"dan ayrılan Kristian Avramın yeni klubu bəlli olub.


Rekord.az xəbər verir ki, moldovalı qapıçı ölkəsində çıxış edəcək.


O, "Petrokub"la müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


“Petrokub” 2025/2026 mövsümündə Moldova çempionu olub.


Qeyd edək ki, Moldova millisinin üzvü olan Avram 2023-cü ildən "Araz-Naxçıvan"da çıxış edirdi.