"Araz-Naxçıvan"ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olunub.


Rekord.az xəbər verir ki, təyinat baş məşqçi Andrey Demçenkonun istəyi ilə gerçəkləşib.


39 yaşlı Yevgen Pisotski məşqçi kimi komandaya kömək edəcək. Ukraynalı mütəxəssislə "5 ay + 1 il" müddətini əhatə edən müqavilə imzalanıb.


Məşqçilər korpusunda Y.Pisotskiyə qədər Rikkardo De Vivo, Vadar Nuriyev, Əfran İsmayılov və Cəmaləddin Əliyev yer alırdı.