“Mançester Siti”nin futbolçusu Serxio Aquero Çempionlar Liqasının qalan oyunlarında komandasına kömək edə bilməyəcək.

Rekord.az xəbər verir ki, bu barədə argentinalı hücumçu “The Guardian” nəşrinə açıqlamasında deyib.

Aquero, zədə səbəbindən ÇL-in qalan oyunlarında komandasına kömək edə bilməyəcəyini bildirib. O, iyun ayında dizindən əməliyyat olunmuşdu.

“Mançester Siti” Çempionlar Liqasında 1/4 finala yüksəlib və “şəhərlilər” bu mərhələdə Lion “Olimpik”i ilə qarşılaşacaq. “Mançester Siti” – “Olimpik” matçı avqustun 15-də, Portuqaliyada keçiriləcək.