Almaniya millisindən darmadağın
- 14 İyn 2026 23:06
- 30
Futbol üzrə dünya çempionatında Almaniya - Kurasaoya böyük hesabla qalib gəlib.
Rekord.az xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalılar 7:1 hesablı qələbəyə seviniblər.
Bundestimin qollarını Feliks Nmeça (6), Niko Şlotterbek (38), Kay Haverts (45+5-pen, 88), Camal Musiala (47), Nataniel Braun (68) və Deniz Undav (78) vurublar. Kurasaonun yeganə qolu isə Livano Komenensiyanın (21) ayağına yazılıb.
Bu qrupun digər oyunu bu gecə saat 03:00-da Fildişi Sahili və Ekvador komandaları arasında keçiriləcək.