Hazırda maddi baxımdan ən yaxşı günlərini yaşamayan AFFA bəzi xərcləri azaltmağa və bəzilərindən, ümumiyyətlə, imtina etməyə qərar verib.

Rekord.az-a daxil olan məlumata görə, belə xərclərdən biri də Ağsu stadionun təmiridir.

Bildiyiniz kimi, sözügedən stadion AFFA-nın balansındadır və federasiya bir müddət idi ki, bu stadionu təmirə bağlamışdı. Lakin hazırda məhz maddi durumun yaxşı olmaması səbəbindən stadiondakı təmir işləri dayandırılıb.