Gəncədən olan sabiq hakim Məhəmməd Məmmədov uzun müddətdir ki, sevdiyi peşədən uzaqdır.

Rekord.az xəbər verir ki, təccrübəli referi hakim-inspektor kimi fəaliyyət göstərmək istəsə də, AFFA onun bu fəaliyyətinə icazə vermir.

Səbəb kimi də onun hazırda “Kəpəz”in futbol akademiyasında çalışması göstərilir. Federasiyanın bu qərarl isə anlaşılmaz və məntiqsiz görünür. Çünki Məmmədovun çalışdığı komanda “Kəpəz”in aşağı yaş qrup komandasıdır. O isə təyinat alacağı halda Premyer Liqa və I Divizion oyunlarına hakim-inspektor kimi gedəcək. Yəni ayrı-ayrı kateqoriyalıı liqalardı və bir-biri ilə əlaqəsi yoxdur ki, burada hansısa bağlılıq axtarasan. İkinci bir məsələ, Məhəmməd bəyin çalışdığı yaş qrupu elə yaş qrupudur ki, orada, ümumiyyətlə, nəticələr nəzərə alınmır və heç bir oyunun hesabı protokola yazılmır. Belə olan halda, adamın hakim-inspektor fəaliyyətinə hansı məntiqlə qadağa qoyulur?