"Neftçi" Fransada 1/4 finala vəsiqə qazandı
- 00:09
- 39
İyulun 3-də 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Marsel (Fransa) mərhələsinin ilk oyun gününün görüşləri keçirilib.
Rekord.az xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edən "Neftçi" klubu ilk qrup oyununda Macarıstan yığmasına əlavə vaxtın sonunda 19:18, ikinci qrup oyununda isə Slovakiya millisinə 21:14 hesabı ilə qalib gəlib.
"Neftçi" bununla da qrup lideri olaraq 1/4 finala vəsiqə qazanıb.
"Neftçi" bu mərhələdə C qrupunun ikincisi ilə qarşılaşacaq.