AFFA Mərdəkanda yerləşən "Dalğa Arena"ya sponsor axtarır.

Rekord.az xəbər verir ki, federasiya bu məsələdə bütün təkliflərə açıqdır.

Sponsorluğa razılıq verən şirkət öz adını stadiona verəcək. Əvəzində federasiyaya müəyyən məbləğ ödəniləcək. "Bakcell Arena"da olduğu kimi. Bildiyiniz kimi, "Dalğa Arena" həm də milli komandaların təlim-məşq bazasıdır. Pandemiyadan sonra maddi durumu o qədər də ideal olmayan federasiya əlavə xərclərdən qaçmaq üçün balansında olan stadionları maraqlı sponsorlara təklif edir. 

Daha öncə, "8 km stadionu" "Bakcell Arena"ya, "Bayıl Arena" isə "ASCO Arena"ya çevirilmişdi.