UEFA Super Kubokunun final oyununun baş hakimi müəyyənləşib.


Rekord.az xəbər verir ki, UEFA Fransa təmsilçisi PSJ ilə İngiltərənin “Aston Villa” klubları arasında keçiriləcək matçı somalili hakim Ömər Əbdülqadir Artana həvalə edib.


Maraqlıdır ki, Artan qısa müddət əvvəl DÇ-2026-da hakimlik etmək üçün ABŞ-a getsə də, ölkəyə buraxılmamışdı. O, Mayami Beynəlxalq Hava Limanında saxlanılmış və ABŞ ərazisinə girişinə icazə verilməmişdi. Daha sonra İstanbul üzərindən Somaliyə qayıtmışdı.


2025-ci ildə Afrika Futbol Konfederasiyası tərəfindən ilin hakimi seçilən Artan dünya çempionatında işləyəcək ilk somalili hakim olmağa hazırlaşırdı.


Qeyd edək ki, UEFA Super Kuboku uğrunda PSJ və “Aston Villa” arasında keçiriləcək qarşılaşma avqustun 12-də baş tutacaq.