ABF RBF-ni idman ləvazimatları ilə təmin edib
- 21:00
- 32
Azərbaycan Badminton Federasiyası (ABF) Dünya Badminton Federasiyası (BWF) və Afrika Badminton Konfederasiyası ilə sıx əməkdaşlıq çərçivəsində Ruanda Badminton Federasiyasını (RFB) raketka, volan və digər zəruri idman ləvazimatları ilə təmin edib.
Rekord.az xəbər verir ki, layihənin məqsədi sosial məsuliyyət çərçivəsində Afrika ölkələrində badmintonun inkişafına töhfə vermək və bu idman növünün kütləviliyini artırmaqdır.
RBF ABF-yə ünvanladığı rəsmi məktubda göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. Məktubda qeyd olunub ki, təqdim olunan yardım ölkədə badminton üzrə ilk çempionatın uğurla təşkil edilməsində mühüm rol oynayıb. Bundan əlavə, RBF ABF ilə uzunmüddətli tərəfdaşlıq qurmaq niyyətində olduğunu bildirib. Məqsəd Azərbaycanın badminton sahəsindəki təcrübəsindən faydalanmaq, Ruandada bu idman növünü daha da inkişaf etdirmək və gələcəkdə beynəlxalq səviyyədə rəqabət apara biləcək idmançılar yetişdirməkdir.